Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


29.09.2020  08:56 

İƏT də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını pislədi





A+  A-

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını pisləyib və iki ölkə arasında münaqişənin siyasi həllinə çağırıb.
XəzərNews.az bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

“İƏT Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən dəfələrlə törədilmiş təxribatları və təcavüzü qətiyyətlə pisləyir, Azərbaycan Respublikası ilə həmrəy olduğunu bir daha bəyan edir”, - İƏT-in bəyanatında deyilir.

Təşkilatda BMT-nin Dağlıq Qarabağla bağlı müvafiq qətnamələrinin yerinə yetirilməsinin zəruriliyini vurğulanıb.

“İƏT Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmazlığına hörmət əsasında iki ölkə arasında münaqişənin siyasi həllinə nail olmaq üçün erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasına və dialoqa çağırır”, - İƏT-də bildiriblər.

İƏT-in Baş Katibliyi Ermənistanın təcavüzü nəticəsində həlak olanların ailələrinə, eləcə də Azərbaycan hökumətinə və xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Xəbər 3676 dəfə oxunub.



04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +