Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


26.08.2019  16:51 

Rəsmi Bakı Qarabağa səfər edən deputatı “təlxək” adlandırdı





A+  A-

Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Zonneborn Qarabağa gəlib. Qondarma “Qarabağ Respublikası”nın rəsmi şəxsləri ilə görüşən siyasətçi səfərinin əsas məqsədinin regionda turizmin inkişafı olduğunu deyib.
Onun 25 nəfərdən ibarət nümayəndə heyəti ilə Qarabağa səfər etdiyi açıqlanıb. Martin Zonneborn 1954-cü il mayın 15-də Almaniyanın Hettingen şəhərində anadan olub. O 2000-2005-ci illərdə “Titanic” satirik jurnalının baş redaktoru olub.

XəzərNews.az bildirir ki, Modern.az saytı məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva açıqlamasında bildirib ki, bu deputat ötən il XİN-in “qara siyahı”sına daxil edilib:

“Qeyd etmək istərdim ki, Avropa Parlamentinin Avropadan olan marginal üzvü, həmçinin, kloun (təlxək) siyasətçi kimi tanınan Martin Zonneborn hələ ötən ilin avqustunda ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər edib. İcazəsiz səfərə görə onun adı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş əcnəbi vətəndaşlar siyahısına daxil edilib”.

“Hazırda da bu deputatın adı XİN-nin "qara siyahısındadır”-deyə XİN rəsmisi əlavə edib.

Xəbər 3188 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +