“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


30.04.2021  12:49 

Qırğızıstanla Tacikistan arasında atəşkəs yenidən pozuldu





A+  A-

Qırğızıstan və Tacikistan sərhədində yenidən atışmalar başlayıb.
XəzərNews.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, Batkən bölgəsi Daxili İşlər İdarəsinin məlumatına görə, atışma Leylək bölgəsində başlayıb.

Bundan əlavə, Qırğızıstanın “Qızıl-bel” sərhəd-keçid məntəqəsində sərhədçilər arasında qarşıdurma yaşanıb.

İtkilər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, qarşıdurma 28 apreldə Qolovnaya supaylama məntəqəsinin İsfara çayının yuxarı hissəsində yerləşən hissəsi üzərində başlayıb.

Tərəflərdən birinin sözügedən ərazidə video nəzarət qurmaq cəhdi Tacikistan və Qırğızıstan vətəndaşları arasında insidentə səbəb olub. Daha sonra isə qarşıdurma iki ölkənin hərbçiləri arasında silahlı atışmaya qədər böyüyüb.

29 aprel axşamı tərəflər atəşkəs və hərbi hissələrin geri çəkilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədinin Sovet İttifaqının dağılmasından sonra delimitasiya olunmayan hissələri vaxtaşırı olaraq iki ölkənin yerli əhalisi və sərhəd mühafizəçiləri arasında qarşıdurmalara səbəb olur.



Xəbər 3721 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +