“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


13.08.2018  13:52 

“Etibarla şeirləri, mahnıları müzakirə edirdik” - Fədayə Laçın





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə müğənni Fədayə Laçın ifadə verərək “Qoca”ya açarı necə verdiyini danışıb: “Mən Etibar Məmmədovun qardaşının toyunda, sonra da özünün ad günündə iştirak etdim. Etibar şair idi, mənə yazdığı şerləri, qəzəlləri göndərirdi. Onunla münasibətimiz belə yarandı. Etibar həbsdə olanda yanına gedib orada şeirləri, mahnıları müzakirə edirdik. Axırıncı dəfə Etibarın yanına gedəndə məndən qəfəs açmaq üçün açar istədi. Bacımın Azərbaycan Dəmir Yollarında işlədiyini demişdim. Heç bilməzdim ki, Etibar qatardan qaçar. Mən də bacıma zəng etdim. Açarı başqa adamdan Aqil götürdü. Sonra da məlum hadisə baş verdi. Hadisədən sonra məni prokurorluğa çağırdılar, özüm ora getdim".

F.Laçın söyləyib ki, "Qoca" Lənkərana etap edilən zaman orada onunla görüşüb: " Sonuncu dəfə Etibarla Bakı vağzalında görüşdüm. Bizim görüşümüzə orada qarovul rəisi Ceyhun Səmədov icazə verdi. O, çantamı alıb, üstümə baxış keçirdi. Qatarda telefonumda olan mahnılara Etibar qulaq asdı. O, Ceyhundan icazə istəmişdi. Ceyhun da ona icazə verdi. Orada gizlicə “Qoca” ilə şəkil çəkdirdim, Əli Ağami ilə də onun şəklini mən çəkdim".

Məhkəmədə məlum olub ki, “Qoca” həbsdə olarkən Fədayə ilə 32 dəfə telefonla danışıb. F.Laçın da bunu təsdiqləyib: “Gecələr yata bilmirdim, ona zəng edib danışırdım”.

Şahmar Bəyəlizadə isə “Qoca” ilə birgə Ağstafaya getdiyini deyib: “Orada polis bizi mühasirəyə aldı, Anarla mən dedik maşını saxlayaq, Etibar isə “saxlasan sizi vuracam” dedi. Onda güllə vardı, polisə atəş açdı. Etibarla Anar yaralandı, polis bizi tutanda Etibar özünü öldürmək üçün bıçaq çıxartdı, amma sonrasını görmədim”.

Məlum olub ki, Ş.Bəyəlizadə istintaqa ifadəsində “Polislə atışmadan sonra "Qoca" bıçaq çıxarıb "ölsəm də sağ ələ keçməyəcəm" deyib qarnına bir neçə bıçaq zərbəsi endirdi” deyib.

Xəbər 3261 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +