“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


01.03.2018  14:03 

Bakı və ətraf rayonlarda kəskin respirator virusu yayılıb





A+  A-

"Bakı şəhəri və ətraf rayonlarda mövsümlə əlaqəli kəskin respirator virusu sürətlə yayılıb".
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev deyib.

Onun sözlərinə görə, xəstəliyin uzun müddət davam etməsi pnevmaniya mərhələsinə keçməsinə səbəb olur: "Uşaq və böyüklər arasında sürətlə yayılan bu virus insanların həftələrlə qızdırmanın düşməməsinə, yataq rejimində olmasına səbəb olur. Buna səbəb insanların antibiotiklərdən tez-tez istifadə etməsidir. Nəticədə orqanizm antibiotikə öyrəşir və sonrakı istifadələrdə bədəndə reaksiya vermir. Antibiotiklərin qəbulu kəskin şəkildə orqnizmdə immun sistemini zəiflədir. İki həftədən uzun çəkən bronxtilər, burun-qulaq nahiyyəsində olan iltihabi proseslər, uzun müddətli hərarətlər, mədə-bağırsaq xəstəlikləri, xroniki yorulma hissi, tez yorulmaq, işə getməmək həvəsi, yuxululuq hissi immunitetin pozulmasının ilkin əlamətləridir”.
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, orta hesabla yer üzündə sakinlərin 10 faizinin immuniteti çox yüksəkdir. Sakinlərinin 10 faizində isə bu və ya digər formalı immun çatışmazlıqları var. Yerdə qalan 80 faizə yaxın sakinlərin immuniteti özlərindən asılıdır. Bu onların normal həyat tərzindən, qidalanması,fiziki gərginliyi, ekoloji amilləri, yuxu rejimindən asılıdır” - mütəxəssis qeyd edib.

Xəbər 2909 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +