Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


09.05.2021  16:11 

Sabah yağış, dolu, qar gözlənilir





A+  A-

Mayın 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin XəzərNews.az-a verdiyi məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Mayın 10-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 10-da Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər 3744 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +