Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


17.07.2023  16:14 

“Payızda seçki olacaq“ - Deputat





A+  A-

Millət vəkili Erkin Qədirli sosial şəbəkələrdə Azərbaycanda bir neçə ay sonra, payız fəslində referendumun keçiriləcəyi ilə bağlı açıqlama yayıb.

XəzərNews.az xəbər verir ki, deputat referendumun konstitusion islahatlarla bağlı olacağını bildirib.

“Bu haqda çox və çoxdan danışılır. Bunun obyektiv səbəbi vardır - sistem köhnəlib, onun idari xərcləri və siyasi riskləri artıb, səmərəliyi isə azalıb. Üstəlik, Vətən müharibəsindəki qələbədən sonra gələcək dönəmlər üçün bu sistem yararsızdır.

İyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqlədi. O dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar.

Referendum konstitusion islahatlarla bağlı olacaq. Tam yeni bir konstitusiyamı olacaq, yoxsa indikinə dəyişikliklər ediləcək? Ritorik sual deyil. İndiki konstitusiyada bir çox maddələrə əlavə və dəyişikliklərin edilməsi qadağandır. Konstitusiyanın mətni bunu aydın qadağan edir. Odur ki, əgər həmin maddələrə dəyişiklik etmək niyyəti varsa, onda gərək tam yeni bir konstitusiya qəbul olunsun. Bu, prinsipcə mümkündür, amma buna gediləcəkmi? Burasını söyləmək çətindir. Bu seçimin həm müsbət, həm mənfi yanları vardır. Riskləri də az deyil. İndiki konstitusiyaya dəyişikliklərin ehtimalı daha yüksəkdir”.

Xəbər 2815 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +