Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


14.01.2021  13:05 

Müdafiə Nazirliyinə müraciətlərin sayı açıqlandı





A+  A-

"Daxil olan müraciətlərin qəbul edilməsi, vətəndaşlar ilə birbaşa ünsiyyətin qurulması və onları maraqlandıran sualların dərhal cavablandırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan “Qaynar xətt” fəaliyyət göstərir".
XəzərNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2020-ci il ərzində Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 15206 müraciət daxil olub, onlardan 9925-i şifahi cavablandırılıb, 5281-nin həlli ilə bağlı isə nazirliyin müvafiq qurumlarına dərhal sorğular göndərilib.

Təkcə 2020-ci il sentyabr ayının 27-dən 2021-ci il yanvar ayının 10-dək vətəndaşlardan 5465 müraciət daxil olub, onlardan 2269-u şifahi qaydada cavablandırılıb, 3196-sı isə qeydiyyata alınaraq aidiyyəti üzrə araşdırılması və cavablandırılması üçün nazirliyin müvafiq strukturlarına göndərilib.

Qeyd edək ki, Vətən Müharibəsi dövründə daxil olan müraciətlər əsasən valideynlərin hərbi xidmətdə olan övladları ilə əlaqənin saxlanılması (971 müraciət), şəhid olmuş və itkin düşmüş hərbi qulluqçular haqqında məlumatların alınması (742 müraciət), hərbi qulluqçuların ailələrinə yardım edilməsi (449 müraciət) və könüllü döyüşə getmək (386 müraciət) ilə əlaqədar olub.

Ailə-məişət və sosial məsələlərlə bağlı digər müraciətlər də qeydiyyata alınaraq həll olunması üçün nazirliyin müvafiq qurumlarına yönləndirilib.



Xəbər 3305 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +