Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


26.02.2019  12:51 

Xocalı faciəsi ilə bağlı Londonda silsilə tədbirlər keçirilib - Fotolar





A+  A-

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və İngiltərədə yaşayan Azərbaycan ictimaiyyəti tərəfindən London şəhərində silsilə tədbirlər keçirilib.
XəzərNews.az Azadinform-a istinadən xəbər verir ki, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb. Səfir vurğulayıb ki, beynəlxalq ictimaiyyətin bu faciə ilə bağlı daha çox məlumatlandırılması məqsədi ilə keçirilən silsilə tədbirlər davamlı olmalıdır: "Aksiyalar çərçivəsində Xocalıda törədilmiş vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, sərgilər təşkil olunub. Keçirilmiş möhtəşəm mitinq, anım tədbiri və digər tədbirlər ictimaiyyət arasında böyük əks-səda doğurub".



Tədbirlərdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev qeyd edib ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, dünyanın bir necə qanunverici orqan və parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib.



Xaricdə yaşayan Azərbaycanlılar icmasının liderlərindən biri Kamran Balayev bildirib ki, Xocalı soyqırımı beynəlxalq birliyin faciəsidir. K.Balayev qeyd edib ki, bu tədbirlər bütün dünya ictimaiyyətinə bir mesajdır ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək: “Hər kəsə aydın olmalıdır ki, Xocalı soyqırımını törədənlərin cəzasız qalması, münaqişənin nizama salınmaması nəinki regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir”.



Xəbər 4360 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +