Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


04.01.2018  10:43 

“Bu şəhərdə” ilə bağlı BİABIRÇILIQ - Biletlər müəllimlərə məcburi satılıb





A+  A-

“Bu şəhərdə”nin Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərə məcburi bilet satılıb. Bu barədə məlumatı şəhər məktəblərində çalışan bir neçə müəllim sosial şəbəkədə paylaşıb.
XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”ya adını açıqlamaq istəməyən müəllim xəbərin doğru olduğunu qeyd edib. Bildirib ki, dünən və bu gün baş tutacaq konsertin biletlərinin qiyməti 40 manatdır: "Bütün məktəblərə məcburi olaraq bilet verilib və pul müəllimlərdən yığılır. Bəzi məktəblərə 2, bəzilərinə isə 6 bilet paylanılıb".

Əldə etdiyimiz məlumata görə, təkcə məktəblər deyil, eyni zamanda bağçalara da məcburi bilet satılıb.

Müəllimlər bu işin Lənkəran İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini bildirib.

Sayt məsələylə bağlı Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimovla əlaqə saxlayıb. Şöbə müdirinin sözlərinə görə, hər kəs könüllü şəkildə bilet alıb, müəllimlərə məcburi biletin satılması yalan xəbərdir:

“Mən dünən konsertdəydim, bir dənə də olsun boş yer yox idi. O şikayəti yəqin bilet tapa bilməyənlər edir. Müəllimlər, şagird və tələbələr, onların valideynləri sadəcə könüllü şəkildə konsertə bilet alıb. İndi internet əsridir, hər şey sosial şəbəkələrdə yazılır. Bu şəraitdə məcburi bilet satdırmaq olar? Elə bir şey yoxdur”.

Xəbər 6644 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +