Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


15.05.2017  13:35 

Xalq artisti ərə getdiyi kişidən danışdı - “Yazıqlar olsun...”





A+  A-

“Ayıb olsun, axı siz bu boyda sevginin, məhəbbətin qarşısında neynəyə bilərsiniz?”
XəzərNews.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Xalq artisti, Opera və Balet Teatrının solisti Aygün Bayramova gələcək həyat yoldaşı Fəraməz Gərmrudi ilə barəsində yazılanlara münasibətində deyib. Onun sözlərinə görə, məlumatlar sifarişlidir və onun kim tərəfindən yazdırıldığını da bilir:

“O, şəxs mənə heç nə edə bilməyəcək. Belə bir el məsəli var: “it hürər karvan keçər.” İt hürdü karvan da keçdi, qazancınız nə oldu? İki şəxs ailə qurur, nə demək istəyirsiniz? Mənim tərbiyəm, mədəniyyətim hər kəsə bəllidir. Ailə quracağım şəxs də tərbiyəsi və mədəniyyəti ilə seçilir.”

Aygün Bayramova bütün bunların paxıllıqdan yarandığını qeyd edib: “Gözləri götürmür. Yazıqlar olsun o insana ki, kiminsə xoşbəxtliyini gözü götürmür, kiminsə xoşbəxtliyinə sevinə bilmirlər. Allahdan qorxun.”

Xatırladaq ki, Xalq artisti Aygün Bayramova toya hazırlaşır. 49 yaşlı sənətkar İran vətəndaşı, İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteri Fəraməz Gərmrudi ilə ailə həyatı quracaq. İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Mətbuat onun hələ də evli olmasını yazır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır.

Xəbər 2875 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +