Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?
“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu
Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək


14.08.2025  12:08 

Aİ Şurasının prezidenti İlham Əliyevə zəng etdi





A+  A-

Avqustun 14-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Avropa İttifaqı Şurasının Prezidenti bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb. O, Avropa İttifaqının əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Təbriklərə görə minnətdarlığını ifadə edən İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin məhz ölkəmiz olduğunu xatırladıb. Vaşinqtonda əldə olunmuş nailiyyətlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib. Prezident Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəminə toxunub.

Telefon söhbəti zamanı bu ilin mayında Tiranada “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü, aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Dövlət başçısı və Antonio Koşta Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xəbər 846 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +