Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


16.09.2025  13:39 

ABŞ: “Müharibə 90 günə bitə bilər”





A+  A-

Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda dayandırmaq üçün Avropa Rusiya neftinin alıcılarına qarşı sərt sanksiyalar tətbiq etməlidir.

XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessant sentyabrın 15-də Reuters və Bloomberg-ə birgə müsahibəsində bildirib.

Nazir xatırladıb ki, ABŞ prezidenti Donald Tramp da Rusiyaya qarşı yeni sanksiyalara hazırdır, lakin bunun üçün Avropanın ilk addım ataraq Rusiya neftinin əsas alıcılarına – xüsusilə Çin və Hindistana – tariflər tətbiq etməsi vacibdir.

Bessant hesab edir ki, Avropa bu ölkələrə 50%-dən 100%-ə qədər tariflər qoyarsa, onların Rusiyadan neft alışı dayanacaq:

“Əgər Avropa ikinci dərəcəli rüsumlar tətbiq etsə, müharibə 60-90 gün ərzində bitəcək. Çünki Moskva əsas gəlir mənbəyini itirəcək”, – deyə ABŞ maliyyə naziri vurğulayıb.

O həmçinin “Rosneft” və “Lukoyl” kimi iri Rusiya enerji şirkətlərinə qarşı sanksiyaların sərtləşdirilməsi məsələsində Avropa ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Tramp isə dəfələrlə Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək istədiyini bəyan etsə də, indiyədək bu istiqamətdə ciddi addım atmayıb.

Xəbər 2563 dəfə oxunub.



19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +