Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


23.09.2025  10:15 

Belçikada erməni radiosu fəaliyyət göstərir, azərbaycanlılar isə...





A+  A-

“Belçikada “BELGAHAY” adlı erməni dilli radio fəaliyyət göstərir. Məlumatlara görə, radiostansiya BBC World Service ilə eyni tezlikdə yayımlanır və erməni dili, mədəniyyəti ilə bağlı proqramlar təqdim edir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə uzun müddətdir Belçikada yaşayan azərbaycanlı Ədalət Quliyev çıxış edib.

Ə.Quliyev qeyd edib ki, bu cür fəaliyyətlər milli mədəniyyətin və dilin təbliğinə mühüm töhfə verir:

“Azərbaycan tərəfi isə zəngin mədəni irsə sahib olsa da, Avropada diaspor fəaliyyətləri yetərincə görünmür. Dövlət tərəfindən diaspor fəaliyyətlərinə ayrılan vəsaitlərə baxmayaraq, real nəticələrin az olduğu, diaspor adlandırılan kəsimin bu sahədə daha fəal iş görmədiyi qeyd olunur”.

Ə.Quliyev vurğulayıb ki, Belçika və Hollandiyada savadlı azərbaycanlı jurnalistlər, müəllimlər və tərcüməçilər fəaliyyət göstərsələr də, onların diaspor strukturlarında lazımi qədər dəyərləndirilmədiyi irəli sürülür:

“Jurnalist Şeyda Nəsibli kimi peşəkar simaların, eləcə də seçkilərdə namizəd olmuş azərbaycanlı qadınların fəaliyyəti geniş ictimaiyyət tərəfindən tanıdılmır. Belə bir məqam diasporun təşkilatlanması və Avropada milli maraqların daha effektiv təbliği ilə bağlı müzakirələri gündəmə gətirir”.



Xəbər 1792 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +