Azərbaycanlı reper Ukrayna müharibəsində həlak olub?
“Bakubus”un avtobusu bulvara girdi - Açıqlama
“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?


17.10.2025  16:29 

Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama





A+  A-

Maliyyə Nazirliyi bir neçə gündür Azərbaycanda pensiya yaşının artırılcağına dair yayılan məlumatlara aydınlıq gətirib.

XəzərNews.az nazirliyə istinadən xəbər verir ki, Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur.

"Ənənəvi olaraq hər il olduğu kimi bu il də qurum fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.

Nazirlik tərəfindən dərc olunmuş​ "Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur.

"Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə qalacaq”, - açıqlamada vurğulanıb.


Xəbər 4749 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +