Ramiz Mehdiyevin halı pisləşib
Ramiz Mehdiyevin hüquqlarını bu vəkil müdafiə edəcək
Ukrayna Saratovu dumana bürüdü
Mənə hədə-qorxu gəlirlər - Qarabağ əlili
İlham Əliyev bütün Qafqazın şərəfini qoruyub - Saakaşvili
Daha bir diaspor rəhbəri Rusiyadan çıxarılır
Yasamalda silahlı insident baş verib
“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü


27.09.2020  08:57 

Ermənilər mülki əhalini atəşə tutdu - Ölən və yaralılar var





A+  A-

Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib.
Müdafiə Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Xəbər 3883 dəfə oxunub.




16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı


BÜTÜN XƏBƏRLƏR +