Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


21.11.2022  15:55 

“Nar”ın “Təlim Məktəbi” sosial layihəsi başa çatıb





A+  A-

“Nar”ın eşitmə məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə təşkil etdiyi “Təlim Məktəbi” sosial layihəsinin cari il üçün birinci mərhələsi başa çatıb. 3 ay davam edən təlimlərdə manikür ustası sənəti üzrə peşə biliklərinə yiyələnmiş 10 iştirakçıya sertifikatlar təqdim edilib. Təlim müddətində iştirakçılara manikür peşəsinə aid bütün biliklər və dırnaq üzərində dizayn işləri öyrədilib.

XəzərNews.az xəbər verir ki, layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etməkdir. Təlimlərin istiqaməti daha çox əmək bazarında təlabat olan sahələr üzrə müəyyənləşdirilir.

“Təlim məktəbi” layihəsinin tərəfdaşı olan “Karlarа Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov layihənin önəmindən danışaraq vurğulayıb: “Bu layihədə tərəfdaş kimi çıxış etmək qürurvericidir, çünki “Təlim Məktəbi” layihəsi eşitmə məhdudiyyətli gənclərin həyatında köklü dəyişikliyə səbəb olur. Təlimdən keçmiş bütün iştirakçılara uğurlar arzu edirəm”. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov isə sözügedən layihənin gənclərin həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. “Bu təlimdə əldə etdikləri biliklər iştirakçılara manikür peşəsi üzrə sərbəst işləməyə, hətta öz bizneslərini qurmağa da imkan yaradır. Əsas məqsədimiz bu kəsimdən olan gənclərin monetar sərbəstlik qazanmasına dəstək olmaqdır” - deyə o bildirib.

Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. “Nar”ın cəmiyyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi digər layihələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.





Xəbər 2448 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +