Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


09.09.2021  10:56 

Rusiyanın rəsmi saytı Azərbaycana qarşı səhvini düzəltdi





A+  A-

Rusiyanın Azərbaycana qarşı təxribata yol vermiş satınalma sahəsi üzrə vahid dövlət portalı “Zakupki.gov.ru” tender elanında yer alan “Dağlıq Qarabağ Respublikası” ifadəsini silib.
XəzərNews.az xəbər verir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyasından kənarda yerləşən ərazi kimi təqdim olunub.

Maraqlıdır ki, Rusiyanın dövlət portalı “Dağlıq Qarabağ Respublikası” ifadəsi sözünü silsə də, növbəti dəfə bu əraziləri Azərbaycan ərazisi kimi təqdim etməyib.

Bununla belə, portalda “Müqavilənin şərtləri” bölməsində təyinat kimi Azərbaycan Respublikası qeyd olunub.

Tender elanının bitmə vaxtı isə sentyabrın 16-dan 24-nə kimi uzadılıb.

Qeyd edək ki, Azərbaycan tərəfinin kəskin etirazından sonra “Zakupki.gov.ru” portalı bir neçə gün əvvəl tender elanı ilə bağlı satınalmanı ləğv etmişdi.



Xəbər 3397 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +