Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?


08.09.2021  17:45 

ABŞ-da yaşayan soydaşımız çempion oldu





A+  A-

ABŞ-da yaşayan qarışıq döyüş ustası Hüseyn Əliyev 5 sentyabr 2021-ci il tarixində Hyuston şəhərində keçirilən “Cage Fury FC 50” turnirində qələbə qazanıb.
XəzərNews.az xəbər verir ki, “Bayou City Event Center”in arenasında təşkil edilən turnirdə Hüseyn Əliyev 27 yaşlı ABŞ idmançısı, 65 kq çəki kateqoriyasında çıxış edən Kemeron Qreyvislə qarşılaşıb və rəqibinə qalib gəlib. Yarış zamanı Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov və icma üzvləri həmvətənimizi dəstəkləyiblər.

Qələbədən sonra soydaşımızla görüşən Samir Novruzov idman sahəsində əldə etdiyi nailiyyətlərinə və idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının və Amerika Azərbaycan İnteqrasiya Mərkəzi adından Hüseyn Əliyevə diplom təqdim edib.

Qeyd edək ki, Hüseyn Əliyev 1990-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. MMA üzrə 3 qat dünya çempionu olan, 66 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Əliyev peşəkar döyüşdə aktivinə 11 qələbə, 1 heç-heçə, passivinə isə 4 məğlubiyyət yazıb. Həmvətənimiz daha böyük turnirlərdə güclü rəqiblərlə döyüşmək üçün bir neçə il öncə ABŞ-a köçüb.

Xəbər 3840 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +