Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.06.2021  12:23 

“Qarabağda çıxan bulaqlar üzərində kurort mərkəzləri yaradılacaq”





A+  A-

“Bu platforma 30 illik davam edən işğalın nəticələrini və bərpa işlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühümdür. Bilirik ki, Qarabağda təbiətə ciddi ziyan vurulub. Bu platforma ziyanın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq”.
XəzərNews.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində bildirib.

Nazir bildirib ki, Fondun yaradılması torpaqlarımıza qayıdışın rəmzidir: “Qarabağ bölgəsi təbii sərvətlər və biomüxtəliflik baxımından çox zəngindir. Hazırda “Qırmızı kitab”ın 3-cü nəşrinin haızlanmasına başlanılıb. Flora və faunanın tədqiq edilməsi üçün işlərə də start verilib. Qarabağda su obyektlərinin istifadəsi ilə bağlı dövlət nəzarəti olacaq. Burada təbii olaraq çıxan bulaqlar üzərində kurort mərkəzlərin yaradılması nəzərdə tutulur. Transsərhəd çayları davamlı çirklənməyə məruz qalıb. Xüsusilə də bu, Oxçuçay üzərində baş verir. Bu məsələni dünya ictimaiyyətinə göstərmək üçün resursun imkanından istifadə ediləcək.

Xüsusilə qeyd etməliyik ki, iqlim dəyişikliyinə təsir etmək üçün böyük imkanlar yaradılıb. Minlərlə hektar sahədə meşə-bərpa işlərinin həyata keçirilməsi, minlərlə ağacın əkilməsi nəzərdə tutulur. Əminik ki, bu platforma Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıracaq etibarlı mənbə olacaq”.

Xəbər 3939 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +