Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.06.2021  11:16 

Arıqlamaq istəyənlərin “ağzını kilidləyən” cihaz ixtira olundu





A+  A-

Yeni Zelandiya Universitetinin tədqiqatçıları insanın sözün həqiqi mənasında ağzını kilidləyən yeni arıqlama cihazı icad ediblər.
XəzərNews.az bildirir ki, bu barədə “Vice Journal” xəbər verib.

Məlumata görə, “DentalSlim Diet Control” adlı ixtira maqnit kilidlə xəstələrin dişlərini bir-birinə bağlayır.

“Bu cihaz istifadəçinin ağzını yalnız 2 mm-ə qədər açmasına imkan verir. Beləliklə insan maye pəhrizlə kifayətlənir, eyni zamanda danışığında və tənəffüsündə məhdudiyyət yaranmır”, - deyə cihazın yaradıcıları bildiriblər.

Məlumata görə, “DentalSlim Diet Control” sınaqlarında iştirak edənlər iki həftə ərzində ortalama 6.36 kq çəki itiriblər, bununla da arıqlamaq üçün böyük motivasiya əldə ediblər.

Bununla belə, cihazın yaradıcıları sosial şəbəkələrdə tənqid olunub, maqnit kilidlər isə qeyri-insani və qəddarcasına adlandırılıb.

İxtiraçılar cihazın sürətli və ya uzunmüddətli arıqlama vasitəsi kimi nəzərdə tutulmadığını bildiriblər.

“DentalSlim Diet Control” əksinə, əməliyyata ehtiyacı olan və arıqlayana qədər əməliyyat edə bilməyən insanlara kömək etməlidir”, - deyə cihazın yaradıcıları əlavə ediblər.

Həmçinin o da vurğulanıb ki, istifadəçilər istənilən vaxt maqnitləri söndürə bilərlər.

Xəbər 3819 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +