Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


28.06.2021  10:07 

Türkiyədə məhdudiyyətlər ləğv edilir





A+  A-

Türkiyənin Daxili İşlər Nazirliyi iyulun 1-dən etibarən ölkədə yeni növ koronavirusa (COVID-19) qarşı aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı sərəncam imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, sərəncamda bildirilib ki, iyulun 1-dən fəaliyyətlərinə fasilə verilən bütün iş yerləri, o cümlədən kinoteatrların fəaliyyəti bərpa olunacaq.

Sərəncama görə, kafe, restoran və digər yeməkxanalarda müştəri məhdudiyyəti qoyulmayacaq, qonaq evləri COVID-19-la mübarizə tədbirləri çərçivəsində sosial məsafə, maska və gigiyenik qaydalara əməl olunmaq şərti ilə ənənəvi qaydada fəaliyyətinə başlayacaq. Nikah salonları, şadlıq evlərinin qapalı məkanlarında tətbiq olunan COVID-19-la mübarizə tədbirləri xaric, qonaq sayında məhdudiyyət qoyulmayacaq, konsert salonları və festivalların fəaliyyətinə müəyyən edilmiş tədbirlər çərçivəsində icazə veriləcək.

Cayxana, kafe kimi yerlərdə oyun oynanılması ilə bağlı məhdudiyyətlərə də iyulun 1-dən son qoyulacaq.

Parklar, bağçalar, düşərgələr, gəzinti, istirahət yerlərində tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılacaq.

Bununla yanaşı, qəlyan salonları və qəlyan istifadə edilən kafelərin fəaliyyətinə verilən fasilə yeni qərar qəbul edilənə qədər qüvvədə olacaq, qəlyan xidməti göstərilməyəcək.

Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal və Şri-Lankadan gələnlər və son 14 gündə bu ölkələrdə olanlar üçün məcburi karantin də gələn aydan sona çatacaq.

Əfqanıstan və Pakistandan Türkiyəyə gələnlər və ya son 14 gündə bu ölkələrdə olanlar üçün məcburi karantin müddəti isə gələn ayın 1-dən 10 günə endiriləcək.



Xəbər 3265 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +