Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.04.2021  18:16 

Azərbaycanda 90 yaşdan yuxarı olan üç koronavirus xəstəsi sağalıb





A+  A-

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş və yaşı 90-dan artıq olan üç nəfər sağalıb.
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov deyib. O bildirib ki, həmin şəxslərin 92, 94 və 95 yaşı olub:

“Yaşla əlaqəli xəstəlik müxtəlif formalarda keçə bilər. Bəzən elə hallar olur ki, bu, gənclərdə ağır formada, yaşlılarda isə yüngül olur. Qeyd edim ki, hər üç ahıl pasiyentimiz sağalıb və evə buraxılıb. 95 yaşlı pasiyent də COVID-19-u nisbətən yüngül keçirib. Çünki onun yanaşı xəstəlikləri yox idi. Oksigenə tələbatı yaransa da, ağırlaşmadan xəstəlikdən sağaldı. Digər iki xəstədə oksigen tələbatı yüksək oldu və uzun müddət klinikada müalicə aldılar. Əsas odur ki, onlar sağalaraq evlərinə getdilər”.

R.Qasımov deyib ki, yaşlı insanlar arasında kifayət qədər ölüm halları olub:

“Çünki yanaşı xəstəliklər səbəbindən yaşlı insanların orqanizminin müqaviməti zəifləyir. Odur ki, belə insanları xəstəliklərdən qorumaq lazımdır”.

Xəbər 3608 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +