Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.04.2021  11:09 

Səudiyyə Ərəbistanı Türkiyənin 8 məktəbini bağlayır





A+  A-

Səudiyyə Ərəbistanı Türkiyənin Təhsil Nazirliyinə bağlı səkkiz məktəbi bağlayacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi məlumat yayıb.

Təhsil müəssisələri 2020-2021 tədris ilinin sonunda fəaliyyətlərini dayandıracaq.

“Türk məktəblərindəki fəaliyyətlər bu tədris ilinin sonunda dayandırılacaq, şagirdlərə seçdikləri məktəblərdə qeydiyyatdan keçməkdə kömək göstəriləcək, məktəb rəhbərliyi isə qərar barədə valideynləri məlumatlandıracaq”,- deyə nazirliyin təlimatında qeyd olunub.

Məlumata görə, Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi Tabuk, Riyad, Taif və Ciddədəki dörd məktəbin bağlanması üçün rəsmi bildiriş göndərib.

Ölkədə Türkiyə məktəblərinin bağlanması burada təhsil alan 2256 şagirdə təsir edəcək.

Şagirdlərin Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi ilə əlaqəli məktəblərdə təhsillərini davam etdirəcəyi təqdirdə çətinliklərlə qarşılaşacağı gözlənilir, belə ki, onların əksəriyyəti ərəb dilini kifayət səviyyədə bilmirlər.

Xəbər 3975 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +