Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


21.02.2020  13:41 

Astarada narkotacirlər saxlanıldı





A+  A-

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən xəbərə görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Ərçivan qəsəbə sakini Rövşən Rzayev Astara şəhəri ərazisində 1 bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Rzayevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin zirzəmisində 1 ədəd bağlamada 1 kiloqram 25 qram narkotik vasitə tiryək, 15 ədəd kibrit qutusunda 40 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri ilə isə rayonun Şahağacı kənd sakini S.Həsənov saxlanılıb və onun üzərindən 1 bükümdə psixatrop maddə metemafetamin aşkarlanaraq götürülüb. Davam edən əməliyyat tədbirləri ilə S.Həsənovun psixatrop maddəni həmkəndlisi R.Ağayevdən aldığı müəyyən edilib və sonuncu saxlanıldıqdan sonra satış məqsədi ilə üzərində gəzdirdiyi bir büküm metamfetamin aşkarlanaraq götürülüb.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayevə narkotik vasitəni satan şəxsin Astara rayonunun Qamışovka kənd sakini S.Həsənov olduğu müəyyən edilib. S.Həsənov polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı 4 bükümdə 5.5 qram çəkidə psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Xəbər 3252 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +