Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


24.12.2018  10:21 

9 gün əvvəl maşından əlini çəksə də... - Dünən çıxarıldı





A+  A-

ATV kanalında yayımlanan “Maşın” realiti şousunun qalmaqallı iştirakçısı Nazilə Səfərlinin qayda pozduğu aşkarlanıb.
XəzərNews.az xəbər verir ki, şairənin əlini avtomobildən götürdüyünü əks etdirən kadrlar ortaya çıxıb. Hadisə isə dünən deyil, yarışmanın ikinci günündə baş verib.

Videodan məlum olur ki, o, bilmədən iki əlini də maşından çəkir. Hətta qonaq qismində olan müğənni Xatun Əliyeva və digər tamaşaçılar bunun fərqinə varır və Səfərliyə xəbərdarlıq edir. Şairə isə həmin gün heç nə olmamış kimi əlini yenidən maşının üzərinə qoyur.

Bu arada qeyd edək ki, həmin buraxılışda N. Səfərli səsverməyə çıxaraq qalib olmuş, amma heç kimi yarışmadan uzaqlaşdırmamışdı.

Növbəti gün isə instaqram istifadəçilərinin mövzu ilə bağlı iddiasına M. Dadaşov canlı efirdə cavab verərək belə hadisənin baş vermədiyini qeyd edib.

N. Səfərli qayda pozsa da, şoudan kənarlaşdırılmayıb, 9 gün sonra, kadrlar sosial şəbəkələrdə yayılan kimi aparıcı-aktrisa Xəyalə Quliyevanın hədəfi olaraq şoudan çıxarılıb.

Xəbər 2813 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +