Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?


22.12.2018  21:28 

Serialların ailələri məhv edən 8 CƏHƏTİ





A+  A-

Psixoloqlar serialların gənclər üzərindəki təsirini araşdırdılar, dəhşətli nəticələr ortaya çıxdı.
Bəzi özəl türk kanallarında göstərilən serialların, uşaqlarımız və gənclərimizin təhsili və əxlaqı üzərindəki mənfi və dağıdıcı təsirinin fərqində olsaydıq, hər birimiz evimizdəki televiziyaları pəncərədən aşağı atar və ya baltayla parçalayardıq. Cəmiyyətdəki sosial problemləri araşdıran Türkiyəli psixoloqlar, əsasən də gənclərlə bağlı çəkilən serialların insanlar üzərindəki təsirlərini araşdırıblar.

XəzərNews.az Sputnik Azərbaycan-a istinadən həmin araşdırmanın nəticələrini sizə olduğu kimi təqdim edir:

1. Əsas olan eşqdir, xoşlanmadır. Bunun üçün evlilik, namus və ata-ana fəda edilə bilər.

2. Kasıb insanlar əsla xoşbəxt ola bilməzlər. Xoşbəxt olmağın tək yolu zəngin və ya məşhur olmaqdır.

3. Nikahsız cinsi əlaqəyə girməkdə heç bir problem yoxdur. Əgər böyümüsənsə, istədiyin qız və ya oğlanla istədiyin şəkildə bərabər ola bilərsən.

4. Kiminsə qiymətli, dəyərli və bəyənilən olması üçün gözəl, yaraşıqlı və zəngin olması vacibdir. Əks halda cəmiyyətdə dəyərsiz hesab edilir.

5. Başqalarını alçaltmaq və gözdən salmaq səni məşhur edər.

6. Yalan danışmaq və oğurluq etmək yaxşı məqsədlər üçün edilirsə, bu günah sayılmır.

7. Əgər ata və anan bir-birinə ilk günki kimi aşiq deyilsə, boşanıb başqaları ilə evlənməlidir və sən də onları dəstəkləməlisən.

8. Qadının gözəl olması onun arıqlığından və mini ətək geyinməsindən asılıdır. Kişinin yaraşıqlı olması isə güclü əzələlərdən və bunu hər fürsətdə göstərməkdən asılıdır.

Türk seriallarının uşaqlara, ümumiyyətlə cəmiyyətə təsiri ölkəmizdə də bir çox dəfə müzakirə edilmiş və tənqid olunmuşdu. Sonuncu dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu serialları çəkənlərə qarşı ağır ifadələr işlətmiş, xüsusilə Qanuni Sultan Süleymanın həyatı ilə bağlı çəkilən, gerçəklərdən uzaq "Möhtəşəm Yüz il" serialını sərt tənqid etmişdi

Xəbər 3012 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +