Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


10.01.2018  16:07 

“Bəzi dövlətlər Türkiyəyə meydan oxumaq yolunu tutub“ - Ərdoğan





A+  A-

Dövləti ədalət, təhlükəsizlik, sağlıq və təhsil prinsipləri ilə idarə etməyi əsas götürdük.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ədalət Şurasının toplantısında bildirib.

“Peyğəmbər həzrətləri buyurmuşdu: “Allah ədalətli olanları sevər”. Dövləti idarə edənlərin birinci vəzifəsi ədaləti qoruyub saxlamaqdır. Bizim mədəniyyətimiz ədalət üzərində qurulub. 2015-ci il iyulun 15-də dövlət çevrilişinə cəhd günü və səhərisi dünyanın ədalətini gördük. Türkiyədən qaçıb gedən o məlum terrorçunu ABŞ-da bəsləyən şəxslərdən onun bizə təhvil verilməsini istəyəndə bundan imtina edirlər. Amma 15 il ərzində onlar bizdən 12 terrorçunun təhvil verilməsini istəmişdilər və biz onları təhvil vermişdik. Bütün dosyeləri göndərmişik. Onlar hüquqa, qanuna zərrə qədər hörmət etmirlər. Siyasi qərarlarla Türkiyəyə meydan oxumaq yolunu tutublar. Mən bu məsələdə fərqli mövqedəyəm. Mən onların ədalətinə qəti olaraq nə inanır, nə də hörmət edirəm”, – deyə o vurğulayıb.

Ərdoğan çıxışında FETÖ-yə qarşıya mübarizə və FETÖ-çülərdən danışıb:

“Millətimizə çağırış edirəm, hakimlərimizi və istintaqçılarımızı etibarsızlaşdırmağa yönəlik itthamlara etibar etməsinlər. Bizə düşən səbirli olmaqdır. Hakim, müstəntiq və personal sayındakı azalmaya rəğmən, xidmətləri daha sürətli şəkildə verən ədalət təşkilatı mənsublarımıza şükranlarımı bildirirəm. Yeni təyinatlar və xidmət üçün təhsilli insanlarla sürətlə personal əskikləri tamamlanaraq, xidmətlər daha üst səviyyəyə çıxardılır. Millətimizə verdiyimiz ədalət sözünü tutma yolunda qərarlılıqla yürüməyə davam edirik”.

Xəbər 2736 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +