Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.05.2017  14:37 

Yazışmalarımız ötürülə bilərmi? - Yandex qalmaqalı





A+  A-

Xəbər verdiyimiz kimi, Ukrayna təhlükəsizlik orqanları Rusiyanın məşhur Yandex şirkətinin Ukraynadakı ofislərində axtarışa başlayıb.
Buna səbəb Yandex şirkətinin ukraynalılar haqqında məxfi məlumatları Rusiyaya ötürməkdə təqsirləndirilməsidir. Məlumdur ki, Azərbaycanda da Yandex şirkətinin xidmətlərindən biri kimi elektron poçt xidmətindən (emaillərdən) istifadə edənlərin sayı kifayət qədərdir. Hətta bəzi rəsmi şəxslərin emailləri də məhz Yandexdə qeydiyyatdan keçib.

Belə bir məqamda Azərbaycan üçün də bənzər təhlükənin olub-olmaması məsələsi gündəmə gəlir. Maraqlıdır ki, istifadəçilər üçün Yandex maili nə qədər təhlükəsizdir?

XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu sualla Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzə müraciət edib.

O, bildirib ki, internet resurslarından istifadə edən üçün təhlükə hər zaman var:

“Bunlar özəl resurslardır. Sahibləri də xarici ölkələrdədir. Seçim imkanı istifadəçidədir, o, özü müəyyən edir ki, hansı resurs daha güvənlidir. Qeydiyyatdan keçərkən şərtlər orada qeyd olunur. Ancaq ola bilər ki, müxtəlif resursların sahibləri tərəfindən sui-istifadə halları baş verib. Xatırladım ki, Gürcüstanla Rusiya arasında müharibə baş verərkən Rusiyanın müxtəlif resuslarından istifadə edən gürcülərin informasiyalarının başqa tərəfə ötürülməsi məsələsi ortaya çıxmışdı. Burada məsuliyyət hökumətlərin üzərinə düşür. Bizdə həm dövlət, həm də qeyri-dövlət sektorunun informasiya təhlükəsizliyinə cavab verən qurumlar var. Qeyri-dövlət qurumlarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi, dövlətə isə Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi cavabdehlik daşıyır. İndi bu qurumların sözügedən məsələlərlə bağlı müəyyən açıqlamaları olmalıdır. İstifadəçilərə hansı resurslardan istifadə etməklə bağlı tövsiyələr verməlidirlər. Əgər bizim bu cür xidmətləri göstərən yerli resurslarımız yoxdursa, istifadəçilər xarici resurslardan istifadə etməyə məcburdur. Hökumət çalışmalıdır ki, həmin xarici resursların Azərbaycanda bir nümayəndəlikləri olsun”.

Onun sözlərinə görə, hər il qlobal resurslar öz hesabatlarını açıqlayırlar: “Mən istisna etmirəm ki, Azərbaycan hökumətinin də bu qlobal resurslara müraciətləri olur. Çünki hansısa təhlükəsizlik tədbirləri ilə bağlı onların informasiyalarına ehtiyac var. Problem ondadır ki, bu cür resursların sahibləri hökumətlərin müraciətlərinə necə baxırlar? Məsələn, Türkiyə hökuməti tvitterə ölkəsində terror aktının olacağı ilə bağlı müraciət etmişdi. Ondan informasiyalar verməsini istəmişdi. Ancaq tvitter bununla razılaşmadı. O zaman da Türkiyə hökuməti tvitteri bağlamaq qərarına gəldi. Ancaq Almaniyanın, Fransanın terrorla bağlı müraciətlərinə Tvitter şirkəti müsbət reaksiya vermişdi. Yəni, bu resursların özündə də ikili standartlar var. Bizdə hesab edirəm ki, hökumət vətəndaşların informasiya təhlükəsizliyinin qayğısına qalmalıdır”.

Xəbər 2951 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +