Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?


20.02.2017  13:21 

“İdeal”da FIRILDAQ - 469 manata alınan ətir saxta çıxdı





A+  A-

"İdeal” adı kimi ideal olmayan ətirlər satır”.
XəzərNews.az bildirir ki, bunu "Qafqazinfo”ya müraciətində Kəmalə Salayeva adlı müştəri yazıb. O müraciətində iddia edib ki, "İdeal” Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsinin satdığı ətirlər orijinal deyil. Xanım müştəri, "İdeal”dan aldığı 469 manat dəyərində ətrin iyinin qalıcı olmadığını söyləyib: "Fevralın 13-də "İdeal”ın "Gənclik Mall”dakı filialından 10 faiz endirimlə 469 manata "Roja” parfümü aldım. Evdə açıb vuranda ətrin iyinin qalıcı olmadığını hiss etdim. Elə bil su vurdum. Bu ətirdən mütəmadi istifadə etdiyimçün budəfəkinin orijinal olmadığını düşündüm. Onu mağazaya aparıb başqa ətir ilə dəyişdirilməsini və ya pulumu geri qaytarmalarını xahiş etdim. Mənə, heç nə edə bilməyəcəklərini dedilər. Ətri mağazada qoydum və onlardan cavab gözləyəcəyimi bildirdim. Dəfələrlə mağaza ilə, menecer ilə əlaqə saxlasam da nəticə olmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirlər, incidirlər”.

Məsələ ilə bağlı "İdeal” Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsindən bildirilib ki, qeyd edilən şikayət araşdırılıb: "Məhsul istifadə edilib, qalıcılığı ilə problem yoxdur. Məhsulun orijinallığı barədə ofis və ya mağazamıza yaxınlaşıb, sertifikatlarla tanış ola bilərsiniz. İstifadə edilmiş məhsullar geri qaytarılmır və əvəzlənmir”.


Xəbər 11341 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +