Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu
Prezident BP-nin baş icraçı direktorunu qəbul edib
Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq


16.01.2018  21:52 

Rektordan yataqxanada qalan məcburi köçkünlərə - Şad xəbər





A+  A-

Bakı Slavyan Universitetinin (BSU) yataqxanalarında məskunlaşan məcburi köçkünlər yeni mənzillərə köçürüləcək.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında universitetin rektoru Nurlana Əliyeva deyib.

Professor BSU-nun ümumilikdə 4 yataqxanasının olduğunu bildirib: “Onun üçündə məcburi köçkünlər yerləşdirilib. Qalan digər yataqxananın da bir mərtəbəsində 26 köçkün ailəsi yaşayır. Həmin yataqxanada həm əcnəbi, həm yerli tələbələr, həm də xaricdən universitetimizə dəvət edilmiş müəllimlər yaşayırlar”.

Rektor qeyd edib ki, ötən il həmin yataqxanada cari təmir işləri aparılıb: “Bu yaxınlarda bizə belə bir gözəl xəbər verilib ki, yataqxanadakı köçkünlər başqa mənzillərə köçürüləcəklər. Bu isə bizim üçün əlavə imkanlar deməkdir, yəni əcnəbi tələbə və müəllimlərimizin sayını artıra, eyni zamanda, əməkdaşlıq etdiyimiz xarici universitetlərin tələbələri üçün Yay məktəbləri təşkil edə bilərik”.

Xəbər 3069 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +