Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


25.11.2023  20:00 

Təhsil İdarəsinin müdiri şagirdi döyüb





A+  A-

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb.

Xəzərnews.az APA-ya istinadla xəbər verir ki, hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi, 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri hadisə ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.

Qeyd edək ki, bu, Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.

Xəbər 2761 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +