Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı


13.10.2023  02:48 

Şəkidə ticarət obyektində yanğın baş verib





A+  A-

Şəkidə bir-neçə ticarət obyektinin olduğu inzibati binada yanğın olub.

Xəzərnews.az Apa-ya istinadən xəbər verir ki,hadisə gecə saatlarında Şəki şəhəri H. Əliyev prospektində baş verib.

İkimərtəbəli inzibati binanın birinci mərtəbəsində Şəki şəhər sakini, Rahim Baba oğlu Cəlilova məxsus ümumi sahəsi 12 kvadratmetr olan köşkdə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində köşkün yanar konstruksiyaları içərisində olan su aparatı və kondisener yanıb.

Yanğının digər bitişik ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.





Xəbər 3172 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +