DTX əməliyyat keçirdi: İcra başçısı saxlanıldı - FOTO
Bank sektorunda yüksəliş: 56 milyardı keçdi...
Bu ölkələr dost olmalıdır -Szinpin
Baş həkim təyin edildi
Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü - FOTO
ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası
Rusiya Rövşən Əsgərovu cərimələyib -FOTO
Ermənistan Azərbaycanın təsiri altında qala bilər -Ambartsumyan
Ramiz Mehdiyev fəxri adlardan məhrum edilib -FOTO
Toy kortejində atəş açanlar azərbaycanlılar olub: Saxlanıldılar


09.12.2021  19:48 

Saleh Rüstəmovun son durumu: Rəsmi açıqlama





A+  A-

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhkum Saleh Rüstəmovun son durumu ilə bağlı məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, məlumatda deyiir:

"Bəzi sosial şəbəkələrdə məhkum Saleh Rüstəmovun səhhəti ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edilib.

Bununla əlaqədar bildirilir ki, hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanılan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı S.Rüstəmov qida qəbulundan imtina etməsi ilə bağlı səhhəti daim həkim nəzarətindədir və dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub.

Eyni zamanda onunla dəfələrlə psixoloji-profilaktik, fərdi-tərbiyəvi, səhhəti ilə əlaqədar maarifləndirici-izahedici söhbətlər aparılıb, qida qəbulundan imtinanın verə biləcək fəsadları ətraflı izah edilib. Bu məqsədlə həmçinin, S.Rüstəmova müntəzəm olaraq hüquqi yardım göstərən vəkili və yaxın qohumları ilə görüşməsinə, telefonla danışmasına şərait yaradılıb.

Məhkum S.Rüstəmov Ombudsman aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutları və hüquq müdafiəçiləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakı ofisinin nümayəndələri tərəfindən də qəbul edilərək onunla izahedici söhbətlər aparılıb.

Bundan əlavə, ona Xidmətin psixoloqları tərəfindən psixoloji yardım göstərilib, eyni zamanda respublikada səfərdə olan türkiyəli psixoloqların S.Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu müəyyən edilməyib, hər hansı digər mənfi əlamətlər izlənilməyib.

S.Rüstəmova həmçinin 07.12.2021-ci il tarixdə Azərbaycan Tibb Univerisitetinin professoru tibb üzrə elmlər doktoru Adil Qeybulla tərəfindən tibbi baxış keçirilib, məhkumun vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib".

Xəbər 3183 dəfə oxunub.




30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ


BÜTÜN XƏBƏRLƏR +