Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


02.12.2020  12:37 

“ABŞ İranla nüvə anlaşmasına qayıtmağa hazırdır” - Bayden





A+  A-

“Etibarlı bir razılaşma olmadan Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər bölgə ölkələrinin nüvə silahı yaratmağa çalışacağı bir vəziyyətdən ehtiyatlanmaq lazımdır”.
XəzərNews.az xəbər verir ki, bunu ABŞ-ın yeni Prezidenti Cozef Bayden “The New York Times” qəzetinə müsahibəsində deyib.

Bayden bildirib ki, ABŞ-ın gələcək rəhbərliyi İranın nüvə proqramı üzrə “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın (JCPOA) üzvlüyünə qayıtması üzərində işləməyə hazırdır.

O qeyd edib ki, gələcək rəhbərlik müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq edərək danışıqlarda iştirak etmək və İranın nüvə proqramı ilə yanaşı raket proqramı ilə bağlı məhdudiyyətləri gücləndirəcək və genişləndirəcək əlavə razılaşmalar hazırlamağı planlaşdırır.

Eyni zamanda siyasətçi, Tehranın nüvə inkişafına nəzarət edəcək bir razılaşmanı bölgədə sabitliyin təmin edilməsi üçün ən yaxşı vasitə hesab etdiyini vurğulayıb.

Siyasətçi “Dünyanın bu hissəsindəki nüvə potensialının artırılması istəyə biləcəyimiz son şeydir,- deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, daha əvvəl Bayden dəfələrlə ABŞ-dakı prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ı “JCPOA” üzvlüyünə qayıtmağı planladığını bildirmişdi.

Xəbər 3287 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +