Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


01.12.2020  10:21 

Rusiya MN mina əməliyyatı ilə bağlı hesabat təqdim etdi





A+  A-

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, rus sülhməramlılar Laçın dəhlizindəki bir ərazidə partlayıcı maddələri təmizləyib və döyüşlər zamanı dağılmış yüksək gərginlikli elektrik xəttini bərpa etmək üçün təmir qruplarının təhlükəsizliyini təmin ediblər.

Qeyd olunub ki, aşkarlanan partlayıcı obyektlər, tərk edilmiş və ya partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir.

MN-in məlumatına görə, ümumilikdə Dağlıq Qarabağdakı sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 29 hektardan çox ərazini və 10 kilometrə yaxın yolları təmizləyib, 100-dən çox evi və sosial əhəmiyyətli obyektləri yoxlayıb və 1000-ə yaxın partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.

Nazirlikdən bildirilib ki, rus sülhməramlılar təhlükəsizliyi təmin edir və təmir qruplarına elektrik xətlərini, qaz boru kəmərlərini, rabitə xətlərini və transformator yarımstansiyalarını yenidən qurmağa kömək edir.

Belə ki, ötən gün ərzində Dağlıq Qarabağ ərazisində üç elektrik ötürücü qüllə, 1,2 min metr qaz kəməri, 1,5 mindən çox rabitə xətti, habelə iki transformator yarımstansiyası bərpa edilib.

Xəbər 3660 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +