Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


23.04.2019  14:36 

“Niyə insanlar saat 8-ə kimi işləməlidir?”





A+  A-

“Bir sıra qurumlarda işçilər 8 saatdan artıq işlədilir. Bəzi şəxslər tabeçilik funksiyasına görə bunu dilə gətirə bilmir. Çünki işlərini itirməkdən qorxurlar”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında bəzi qurumlarda işçilərin iş saatından artıq işlədilməsi məsələsindən danışarkən deyib.

O bildirib ki, bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir: “Niyə insanlar saat 8-ə kimi işləməlidir? Axı bunun ailəsi, başqa işləri var. Biz hansısa sənədlə bunu təsdiqləməliyik ki, insanlar iş vaxtından artıq işlədildikdə onlara əlavə ödəniş olunsun. İşçilər səsini çıxarıb bunu deyə bilmir. Məhkəməyə verəndə də məhkəmədə də həmişə rəis qalib olur. Məsələn, Milli Məclisdə bu ənənə yaxşı qoyulub. İşçilər axşam 6-dan sonra evə yola salınır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmkarının fikirlərində haqlı olduğunu dilə gətirib: “Bu məsələdə biz nə etməliyik? Qeyd edim ki, bu münasibərlərin tənzimlənməsi üçün Əmək Müfəttişliyi var. Ona görə də, gələcəkdə bu qurumun belə məsələlərin yoxlanılmasına məsuliyyətinin daha da artırılması ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edə bilərik”.

Xəbər 3068 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +