“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


20.07.2023  13:30 

“Qarışıq durumu yaradan dövlətin qeydiyyat sistemidir”





A+  A-

“Ədliyyə Nazirliyindən bizə ikinci məlumat daxil olub”.

XəzərNews.az Yeniavaz.com-a istinadla xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Bu ikinci məlumat istədiyimiz qədər təfərrüatlıdır. Yəni Ədliyyə Nazirliyi təqdim etdiyimiz hər bir üzvlə bağlı qiymətləndirmə verib ki, bu adam partiya üzvü kimi tanınır və ya tanınmırsa, qeyri-dəqiqlik nədən ibarətdir. Biz bu məlumatı emal elədik. Belə məlum oldu ki, təqdim elədiyimiz 5 min 100 üzvdən 2 min 40 nəfərin məlumatları Ədliyyə Nazirliyinin reyestrində tapılıb, 2 min 20 nəfərin məlumatları tapılmayıb. Bu da hərf və rəqəm xətaları ilə əlaqədar olub. Biz də yoxladıq və məlum oldu ki, vətəndaşların dövlət reyestrinin özündə belə məlumatlar tam dürüst deyil. Qarışıq durumu yaradan dövlətin qeydiyyat sistemidir. 27 nəfər siyahıda təkrar qeyd olunub, 16 nəfər dünyasını dəyişib, təxminən 90 nəfər bir neçə partiyada qeydiyyatdadır”, - Partiya sədri deyib.

O bildirib ki, 986 nəfərə zəng edilərək onların partiyaya üzvlüyü ilə bağlı sualın soruşulması məsələsi isə tamamilə hüquqaziddir.

Qeyd edək ki, iyulun 17-də Partiyanın sədri İlqar Məmmədov məlumat yayaraq, təqdim olunan 5118 nəfərdən cəmi 463-ün Nazirlik tərəfindən üzv kimi nəzərə alındığını bildirmişdi.

Xəbər 2691 dəfə oxunub.




16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +