Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


05.01.2023  19:59 

185 milyonluq qalmaqalda adı keçən şirkət ləğv olunur





A+  A-

Adı “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlı cinayət işində keçən “Siqma Layn” MMC (VÖEN – 1301328501) ləğv olunduğunu elan edib.

Ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 8, mənzil 54 ünvanına bildirmələri istənilir.

Məlumat üçün bildirək ki, “Siqma Layn” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məh. 1033-da yerləşir. MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Hacıyev Samir İbrahim oğludur.

Qeyd edək ki, ləğv olunan “Siqma Layn” MMC-nin məşhur iş adamı Xaqani Bəşirova məxsus olduğu bildirilir. Bu MMC-nin adı 2 il ərzində Beynəlxalq Bankdan götürülən və geri qaytarılmayan 185 milyon manat kredit işində hallanıb. 2016-cı ildə Baş Prokurorluğun açıqlamasında qeyd olunurdu ki, Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu “Oceanstream INC” şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış “General Construction” MMC-nin təsisçilik hüququnu əldə edərək, “Xəzər Menecment Sistems” MMC, “Ceneral Construction” MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş “Aygün İnşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lər tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) qanunsuz olaraq alıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib. Daha sonra Xətai Rayon Məhkəməsi bu təqdimata əsasən Bəşirovun həbsinə sanksiya verib. 5 aylıq həbsdən sonra Bəşirov müəmmalı şəkildə azad edilib.

Onu da bildirək ki, hazırda Fransa vətəndaşı olan Xaqani Bəşirov Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti bioloq-alim, akademik Eyyub Bəşirovun oğludur. Xaqani Bəşirov eyni zamanda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun və Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqas Xanlar Bəşirovun qardaşıdır./Yeniavaz.com

Xəbər 2946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +