Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


30.06.2021  14:57 

Azərbaycandan Ermənistana sərhədlə bağlı müzakirə təklifi





A+  A-

“Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib. Bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün, bu əsasda yaxşı qonşuluq münasibətlərinin qurulmasının alternativi yoxdur. Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.

XİN rəhbərinin sözlərinə görə, Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur:

“Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir.

Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur. Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”, - deyə C. Bayramov qeyd edib.

Xəbər 3457 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +