Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


25.05.2017  12:11 

Naməlum məzarlar araşdırılacaq





A+  A-

Son günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri və dəfn prosesində çəkilmiş fotoşəkillərin yayılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və ayrı-ayrı vətəndaşlar tərəfindən itkinlərə aid məzarların açılması istiqamətində bir sıra qeyri-qanuni addımların atılmasına cəhdlər edilib.
XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası çıxış edib.

Bildirilir ki, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin ekshumasiyasını həyata keçirmək üçün ilk növbədə onlarla bağlı tam və əhatəli məlumatlar toplanmalı, yaxın qohumlarından DNT nümunələri götürülməlidir. Bu proses başa çatdıqdan sonra, səlahiyyətli dövlət orqanlarının müvafiq qərarı əsasında məhkəmə-tibbi ekspertiza və digər mütəxəssislər heyəti müəyyən edilərək məzarda qazıntı işləri aparılmalıdır.

Xüsusi qaydada toplanmış insan qalıqları laboratoriyada zəruri prosedurları keçdikdən sonra meyitdən və itkinin yaxınlarından götürülmüş nümunələr tutuşdurularaq eyniləşdirmə aparılır. Proses müsbət nəticə verdiyi təqdirdə insan qalıqları ailəyə təhvil verilir.
Hazırda Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə bu sahədə müvafiq tədbirləri davam etdirir. Zəruri prosedurlar başa çatdıqdan sonra müəyyən edilmiş naməlum məzar yerlərində beynəlxalq standartlara uyğun ekshumasiya işləri aparılacaq və eyniləşdirilmiş meyit qalıqları itkin ailələrinə təhvil veriləcək.

“Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, aidiyyəti hüquq-mühafizə və məhkəmə orqanlarının qərarı olmadan naməlum məzar yerlərinin ekshumasiyasının və meyit qalıqlarının digər ərazilərə köçürülməsi hərəkətinin qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olduğunu nəzərə alaraq, yerli ərazi inzibati orqanları nümayəndələrini və vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə çağırırıq”.


Xəbər 2922 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +