Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


17.06.2018  10:43 

Yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb





A+  A-

İmişlidə 1 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, qəza rayon ərazisindəki “9 saylı” adlanan məcburi köçkün qəsəbəsində baş verib.

Məlumata görə, “Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Mercedes”in sərnişini Cəbrayıl rayonundan məcburi köçkün, 1987-ci il təvəllüdlü Bəyməmmədov Xalid Məmmədbağı oğlu ölüb. Sürücü, qəsəbə sakini 1948-ci il təvəllüdlü Mehrəliyev İlyas Məhəmmədəli oğlu ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İ.Mehrəliyev əməliyyata götürülüb, vəziyyəti ağırdır.

“VAZ”ın sürücüsü Cəbrayıl rayonundan məcburi köçkün, 1983-cü il Quliyev Azər Hüseyn oğlu vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.

Araşdırma aparılır.

Xəbər 2913 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +