Tramp Zəngəzur dəhlizinin açılması üçün təklif irəli sürüb?
London Rusiya ilə Azərbaycanın arasını vurmağa çalışır?
Zaxarovadan SSRİ mesajı
Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışını etdi
Rusiya Azərbaycandan konsulluq girişi tələb edir
Ukrayna Rusiyanın Lipetsk vilayətinə hücum edib
Sadır Japarov Azərbyacana yola düşüb
Əliyev və Paşinyanın Dubayda görüşü planlaşdırılır?


11.04.2018  13:46 

Baş bankirdən manatla bağlı mühüm açıqlama





A+  A-

"Ölkəmizdə makroiqtisadi sabitlik var. Onun çox ciddi iqtisadi dayaqları mövcuddur. Ölkənin xarici balansına əsaslanıb deyə bilərəm ki, tədiyyə balansı pozitiv zonadadır. İlin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb"
XəzərNews.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib.

"Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızda izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 0,3 faiz dərəcəsində nağd valyuta müəyyən valatelik yarada bilir. Amma bu ciddi bir şey deyil. Rəsmi məzənnə sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. İstənilən tələbatı ödəməyə hazırıq. Bunu edirik və edəcəyik. Heç bir tərəddüd üçün əsas yoxdur. Ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək", - baş bankir deyib.

Xəbər 3148 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib


BÜTÜN XƏBƏRLƏR +