Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


24.01.2018  12:15 

Külli miqdarda narkotik tutuldu





A+  A-

Ötən gün polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə dövriyyən çıxarılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs Bakı şəhər sakini Akif Axıyev saxlanılıb. Baxış zamanı onun üzərindən 0,18 qram heroin, yaşadığı evdə də 301,109 qram heroin, 1,561 qram tiryək və 0,9 qram “Tromodol” aşkar edilərək götürülüb.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Aşağı Qaramanlı kənd sakini Seymur Xankişiyevin üzərindən 11 qram, evindən isə 385 qram marixuana aşkar edilib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İmadil Qocamanovdan 445 qram marixuana götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı rayon polis şöbələrində cinayət işləri başlanılıb.

Xəbər 3096 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +