Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


13.10.2017  19:26 

Moskvada azərbaycanlı “qanuni oğru” saxlanıldı





A+  A-

Rusiya polisi ötən gün 56 yaşlı azərbaycanlı "qanuni oğru" Yunus Nəzərovu saxlayıb.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kriminal aləmdə “Yunus Bakinski” adı ilə tanınan Nəzərov Rusiyanın miqrasiya qanunlarını dəfələrlə pozduğu üçün bu ölkəyə gəlməsinə ömürlük qadağa qoyulub.

Qərar Podolsk şəhər məhkəməsinin qərarı ilə elan olunub. Məlumata görə, son 2 ildə azərbaycanlı avtoritet 4 dəfə Rusiyada qanunsuz yaşadığı üçün saxlanılıb və o, hər dəfə geri dönüb.

Sonuncu dəfə avqustun əvvəllərində Ulyanovsk şəhərində saxlanılmışdı.

Yunus Nəzərovun 2008-ci ildə Bakının 1 saylı cəzaçəkmə müəssəsində cəza çəkdiyi zaman balta ilə ağır xəsarət almışdı. Sonradan onun məhbuslardan birini zorladığı və bundan bezən həmin şəxsin yuxuda olarkən Nəzərovu öldürməyə cəhd göstərdiyi bildirilir.

Həmin hadisədən sonra oğru aləmi Nəzərovla münasibətləri minimuma endirmişdi.

Xəbər 3240 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +