Bu ölkələrə yardım ediləcək -Donald Tramp
İran Prezidenti ABŞ-a səfər edəcək
CHP-də yenidən sədr seçilib
Prezident: Regionda inam və təhlükəsizlik əsas hədəfdir
Daha bir təyyarə təcili eniş etdi
Putinin diqqət çəkən AÇIQLAMASI -VİDEO
Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar


18.09.2025  17:17 

Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?





A+  A-

Rəsmi açıqlamaya görə, 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəriciləri belədir: gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat.

2025-ci ilin büdcə gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407,6 milyon manat olmuşdu. Belə çıxır ki, 2026-cı ildə büdcənin gəlir hissəsi təxminən 44 milyon, xərc hissəsi isə 92,4 milyon manat artacaq.

41 milyardlıq dövlət büdcəsinin gəlirlərinin bir ildə cəmi 44 milyon manat artması hökumətin iqtisadi fəaliyyətinin faktiki olaraq səmərəsiz olması deməkdir. Büdcənin formalaşması, artımın daimi və stabil təminatı ilə bağlı heç bir iş ortaya qoyulmayıb.

2026-cı il büdcəsində neftin bir bareli 65 dollardan götürülüb, 2025-ci il üçün bu, 70 dollar idi. Beləliklə, neft qiymətlərinin enməsi ilə Azərbaycanın dövlət büdcəsinin problemləri üzə çıxdı.

Aydın olur ki, son onillər ərzində ölkəyə gələn külli miqdarda – yüz milyardlarla neft pulları digər sahələrin inkişafı üçün praktik baxımdan istifadə olunmayıb və nəticədə belə bir acınacaqlı durum yaranıb.

Büdcənini neft qiymətlərindən asılılığının hansı problemlərə yol açdığını Azərbaycan 10 il öncə yaşamışdı və sonradan stabilləşən neft qiymətləri son 7-8 ildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dildə deyilən, şişirdilən statistikada deyil, real ifadədə inkişafı üçün əsas olmalıydı.

Ancaq olmadı! Artıq bir neçə ildir ki, neft qiymətlərinin aşağı düşməsi prosesi hökumətin iqtisadi fəaliyyətdə dönüş yaratmasının vacibliyini önə çıxarsa da, bu istiqamətdə heç bir əməli iş ortaya qoyulmayıb.

Ötən il dövlət büdcəsinin kəsiri 3 milyard 51,6 milyon olub, bu il dövlət büdcəsinin kəsiri 3,1 milyarddan çox olacaq. Yəni büdcənin xərc hissəsinin 92 milyonluq artımının yarıdan çoxu yenə borclanma hesabına doldurulacaq. Və bu borclanma xarici borc hesabına da ola bilər.

Ekspertlərin fikrincə, 2026-ci il dövlət büdcəsində neftin bir barelinin 65 dollardan götürülməsi əslində həddən artıq optimist yanaşmadır. Çünki neft qiymətlərinin 2026-cı ildə 50-60 dollar arasında və hətta ondan da aşağı olacağı barədə dünyanın nüfuzlu araşdırma mərkəzlərinin proqnozları var.

Əgər bu proqnozlarla 2026-cı il büdcəsi hesablansaydı, onda növbəti ildə dövlət büdcəsinin gəlirlərinin cari ildən daha aşağı olduğu üzə çıxacaqdı. Belə çıxır ki, 65 dollarlıq yanaşma hökumətin “optimist” yanaşması deyil, hesabatda guya dövlət büdcəsinin gəlir hissəsinin simvolik, olduqca cüzi və bir neft ölkəsinin iqtisadiyyatı üçün uğursuz olsa da, hər bir halda “artımını” nümayiş etdirmək cəhdindən başqa bir şey deyil.

Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ölkələri içərisində ən az inkişaf edəndir – cəmi 0,9%. Halbuki Ermənistanda bu rəqəm 4,8 , Gürcüstanda isə 6 faizə qalxıb.

Bir neçə il öncə Cənubi Qafqaz iqtisadiyyatında şəriksiz lider olan, regionun ÜDM-nin 70 faizindən çoxunu verən, illik iqtisadi artımı hətta bir neçə il ikirəqəmli olan Azərbaycan hazırda sürətlə geriləyir və ciddi bir təbii ehtiyatları, yeraltı-yerüstü sərvətləri olmayan Gürcüstan, hətta Ermənistan iqtisadi inkişafda Azərbaycanı bir neçə dəfə qabaqlayır.

Azərbaycanı bu cür iqtisadi geriləmə ilə nələrin gözlədiyini təsəvvür etmək belə çətindir. İqtisadi müstəqilliyinə görə uzun illərdir milli davasını ən üst mərhələyə çıxarıb, tarixi problemlərini həll etməyə nail olan ölkənin iqtisadi geriləməsi digər sahələrdə də böyük uğursuzluqlara yol aça bilər.

Ona görə də tezliklə ölkədə köklü iqtisadi islahatların aparılması və iqtisadi sıçrayışın təmin edilməzi artıq taleyüklü məsələyə çevrilib.

Elnur,
BakuPost


Xəbər 1284 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza


BÜTÜN XƏBƏRLƏR +