Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


05.06.2025  17:24 

Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi





A+  A-

Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “divar paneli” yükü aparan Türkiyə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsaslı yoxlamaya cəlb olunub.

XəzərNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı yük nəqliyyat vasitəsində “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 77 kq 150 qr olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırılma aparılır.

Xəbər 2179 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +