Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


23.06.2022  13:45 

Vəzifəli şəxslərə cinayət işi açılıb





A+  A-

Quba və Lerikdə qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb.

Bu barədə XəzərNews.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Quba rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı və Lerik rayonu ərazisində isə torpaq sahəsinin qanunsuz zəbt edilərək həmin ərazidə qanunsuz tikinti işlərin aparılması faktları ilə bağlı araşdırmalar aparılıb.

Araşdırmalarla Quba rayonu ərazisində “Qudyalçay” qum-çınqıl yatağında vətəndaş Qafar Rzayevə ayrılan ərazidə kənar şəxslər tərəfindən qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində 48 min 735 manat ziyan dəyməsi müəyyən edildiyindən, fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Bundan başqa, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin vəzifəli şəxsi tərəfindən qulluq mənafeyinə zidd olaraq mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına tutulması, həmin ərazidə tikinti işlərinin aparılması faktına görə Cinayət Məcəlləsinin 188.1 və 308.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Lerik rayon prokurorluğuna göndərilib.

Xəbər 2867 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +