Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


20.02.2021  18:26 

“Ermənistan minalanmış ərazinin xəritəsini verməyə borcludur”





A+  A-

“Dinc əhali və əsgərlər ölür. Minalanmış sahələrin xəritəsinin təqdim edilməsi - bu gün erməni tərəfinə başlıca tələbdir. Əgər insanlar minaları elə-belə səpələyiblərsə və xəritə tərtib etməyiblərsə, mahiyyətcə bu, hərbi cinayətdir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiyanın “Nasionalnaya slujba novostey” (“Milli xəbər xidməti”) informasiya agentliyinin mətbuat mərkəzində təşkil olunan “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda “Moskva-Bakı” telekörpüsünün gedişi zamanı bildirib.

Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasının gedişində yaranan problemlərdən danışarkən ekspert erməni tərəfinin minalanmış sahələrin xəritəsini təqdim etməsinin zəruri olmasını qeyd edib:

"Ermənistan tərəfi Rusiya sülhməramlılarına və Azərbaycan tərəfinə həmin xəritələri verməyə borcludur. Lakin onlar xəritələrin olmadığını iddia edirlər. Ermənilər tərəfdən müharibəyə qədərki dövrdə heç kəsin minaya düşdüyünü görməmişik. Onlar minaya özləri düşməmək üçün mütləq xəritəsini tərtib ediblər. Ona görə də, əminəm ki, minalanmış ərazilərin xəritəsi var".

Xəbər 4269 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +