Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


20.02.2021  15:38 

Yataq xəstəsi olan qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı





A+  A-

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Bahadur Ağayev saxlanılıb.
DİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs hadisə zamanı qonşusu ahıl yaşlı qadının evinə daxil olub. Orada yataq xəstəsi olan qadının sərbəst hərəkət edə bilməməsindən istifadə edərək mənzildə olan dəyəri 550 manat olan “Samsung” markalı mobil telefonunu soyğunçuluq edərək ələ keçirib. Polis əməkdaşları tərəfindən saxlanılan Bahadur Ağayev etdiyi cinayəti etiraf edib.

Qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir.

Bahadur Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Xəbər 3899 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +